27.01.2022 tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin tədavül müddəti 540 gün olan AZ2003019711 dövlət qeydiyyat nömrəli, 1 milyon ABŞ dolları həcmində, diskontlu təmin edilməmiş sənədsiz adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: Azərbaycanda 2046-cı ilədək müddəti olan istiqraz buraxıldı – 50 MİLYON MANAT
21.12.2021 tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin tədavül müddəti 3 təqvim ili olan AZ2002019712 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, diskontlu, təminatsız, sənədsiz adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
İnvestorlar tərəfindən təkrar bazarda ticarətə çıxarılan istiqrazlar BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC tərəfindən təmin olunacaqdır.
“AzFinance İnvestisiya Şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.