İran Mərkəzi Bankı “Rəmzrial” adlı milli kriptovalyutasının tezliklə rialın rəqəmsal əskinasları şəklində ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.
Eləcə də bax: İran kriptovalyutası tezliklə - BAZARA ÇIXACAQ
Bu barədə Bankın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Mustafa Kamerivəfa məlumat verib.
FED.az biznes və maliyyə xəbərləri portalı Oxu.az-a istinadən xəbər verir ki, o bildirib ki, milli kriptovalyutanın istifadəsində banklara ehtiyac olmayacaq:
“Yeni maliyyə alətinin xüsusiyyətləri daha yüksək ödəniş sürəti və daha yüksək təhlükəsizliyi təmin etməsidir. Bu, e-ticarətin inkişafı üçün yeni bir mərhələdir”, – deyə bank rəsmisi bəyan edib.
Qeyd edək ki, İran dünyada kriptovalyuta istehsalının ən çox həyata keçirildiyi ölkələr sırasındadır. Ekspertlərin fikrincə, cənub qonşumuz bu yolla ABŞ sanksiyalarının təsirindən qurtulmağa çalışır.