İran Mərkəzi Bankının sədri Əli Saleh Abadi İran kriptovalyutasının sınaq versiyasının tezliklə bazara çıxacağını bildirib.
Eləcə də bax: “JPMorgan”: "Bitkoin"in ədalətli qiyməti - 35 MİN DOLLARDIR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, O, bu barədə Tehranda keçirilən konfransda çıxış edərkən məlumat verib.
“Milli kriptovalyuta Mərkəzi Bankın gündəmindəki mühüm məsələlərdən biridir. Bununla bağlı infrastruktur hazırlanıb və lazımi təlimatlar veriləcək. Sınaq versiyası qısa müddətdə bazarlara çıxacaq”, – deyə Abadi bəyan edib.
Qeyd edək ki, İran güzəştli elektrik tariflərinə görə Çin, Rusiya, ABŞ, Qazaxıstan, Kanada və İslandiya ilə birlikdə dünyada ən çox kriptovalyuta istehsal edən 7 ölkədən biridir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.