İranda qanunsuz kriptovalyuta hasilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bitkoin sürətlə artır – 50 MİN DOLLARI KEÇDİ – SON QİYMƏT
FED.az xəbər verir ki, əməliyyat çərçivəsində 147 qanunsuz hasilat mərkəzi aşkar olunub. Mərkəzlərdə fəaliyyət göstərən 300 kömpüter müsadirə edilib.
Hökumətdən verilən açıqlamaya görə, mərkəzlərdəki cihazlar 2.4 meqavatdan artıq elektrik enerjisi istehlak edib.
Qeyd edək ki, İranda enerji çatışmazlığı səbəbindən sentyabrın 22-dək kriptovalyuta hasilatı qadağan edilib. Mart ayından bəri keçirilən əməliyyatlar nəticəsində ölkədə 5 mindən çox qanunsuz hasilat mərkəzi üzə çıxarılıb.(oxu.az)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür