Azərbaycanda dövlət istiqrazlarından sonra ən böyük portfelə malik olan İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə maraqlı yeniliklər baş verib.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, əvvəla fondun istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb.
Faiz ödənişləri ilə bağlı vəziyyət sadədir, istiqraz sahibləri gəlirlərini götürüblər. Amma paralel olaraq istiqrazlar üzrə nominal ödənişlər də həyata keçirilib. Nominal ödəniş – istiqrazların əsas (yəni nominal) dəyərinin bir hissəsinin əvvəlcədən ödənilməsidir.
Söhbət Fondun 2021-ci ildə buraxdığı AZ2051008681 istiqrazlardan gedir.
Bakı Fond Birjasından verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2051008681 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqraz üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazın nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.
Xatırladaq ki, İpoteka və Kredit zəmanət Fondu sözügedən istiqrazların 2021-ci ildə buraxıb. 5 illik istiqrazların ümumi həcmi 55 milyon manatdır, ümumilikdə hər birinin qiyməti 1000 manat olan 55 min istiqraz buraxılıb.
İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, martın 1-də AZ2051008681 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, martın 1-dən sözügedən istiqrazın nominal üzrə qalıq məbləği 872.75 manat təşkil edir.
Başqa sözlə, qiyməti 1000 manat olan istiqrazların nominal qiymətinin təqribən 127 manatı artıq ödənilib. Bu təqribən 7 milyon manat edir. Nəticədə istiqrazların qiyməti 1000 manatdan 873 manata enib.
Fond bildirir ki, bu azalma nəticəsində qarşıdakı faiz ödənişləri zamanı 3 faizlik faiz gəliri 872.75 manat məbləği əsasında hesablanacaq. Başqa sözlə, istiqraza hesablanan faiz gəlirləri, indiyədək olduğu kimi, 1000 manata deyil, 873 manata hesablanacaq.
Bakı Fond Birjasında AZ2051008681 SİN-li istiqraz ilə ticarət edərkən istiqrazın baza qiymətinin 872.75 manat olması nəzərə alınmalıdır.
Bəs niyə 127 manat? – Fondun açıqlamasına görə, istiqrazlar üzrə nominal öəniş ediləndə ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsi nəzərə alınıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür