10 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2067008683 ISIN-li, 30,000,000 manat həcmində, 9000 gün (8973 qalıq) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Eləcə də bax: «Embafinans»ın 1,5 milyon manatlıq istiqrazlarını - 2 İNVESTOR ALDI – HƏRRAC
FED.az xəbər verir ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1002.25 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 5 iyun 2047-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.