Noyabrın 4-də Bakı Fond Birjasında (BFB) “Embafinans” QSC-nin tədavül müddəti 1 təqvim ili, nominal dəyəri 1000 manat olan AZ2010020603 dövlət qeydiyyat nömrəli, 1,5 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Embafinans"ın istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi - TİCARƏTİNƏ BAŞLANDI
FED.az xəbər verir ki, hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,5 milyon manat olub. Sifarişlər 1000 manat qiyməti ilə verilib. İstiqrazın illik faiz dərəcəsi 10% , faiz ödəniş dövrü isə 1 təqvim ili təşkil edir.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,5 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 04.11.2023-cü ildir. Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.