26 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2072008686 ISIN-li, 70 milyon manat həcmində, tədavül müddətli 7200 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
İpoteka Fondunun istiqrazlarının - FAİZ DƏRƏCƏSİ ARTIRILDI
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 19 dekabr 2042-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür