Aprelin 17-də Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BOKT “Falcon Finance” istiqrazlarına - 9 İNVESTORDAN 9 SİFARİŞ
FED.az xəbər verir ki, hərracda fondun ümumi məbləği 70 milyon manat olan istiqrazları yerləşdiriləcək. Təqribən 20 illik, yəni 7200 günlük müddəti olan istiqrazların nominal qi yməti 1000 manat, hərrac qiyməti 1000,2638 manat nəzərdə tutulub. İstiqrazların illik 3,25%-lə yerləşdirilməsi nəzərdə tutulur.Faiz gəlirləri ildə iki dəfə 180 gündən bir ödəniləcək.
Maraqlı məqam odur ki, indiyədək İpoteka Fondunun istiqrazları investorlara illik 3%-lə təklif olunub. Amma bu ildən başlayaraq – artıq 2 hərracda istiqrazlar daha yüksək – 3,25%-lə təklif olunur. Bu yenilik fondun qiymətli kağızlarına investorların marağını daha da yüksəltməlidir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Qiymətli kağızın ISIN kodu |
AZ2072008686 |
Emissiya həcmi |
70 000 000 manat |
Nominal qiyməti |
1000 manat |
Hərrac qiyməti |
1001,2638 manat |
İstiqrazların tədavül müddəti |
7200 gün |
Faiz dərəcəsi |
3,25% |
Faiz gəlirinin ödəniş müddəti |
180 gündən bir (6 aydan bir) |
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
ARİKZF-in istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür