23 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2068008682 ISIN-li, 70 milyon manat həcmində, 9360 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: İpoteka və Kredit Zəmanət Fondu ASC-nin istiqrazları üzrə hərrac - KEÇİRİLİB
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 milyon manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 9 iyul 2048-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.