16 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 8280 gün, nominal dəyəri 1 000 manat olan AZ2073008685 ISIN-li, 40 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
“Legion Financial”ın istiqrazlarına 8 investor 8 sifariş - TƏQDİM EDİB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 3%, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 40 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 15 fevral 2046-cı ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.