13 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC-nin AZ2054008688 ISIN-li, 40 milyon manat həcmində, 9360 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Eləcə də bax: Azərbaycanda 26 illik müddətə ipoteka istiqrazları - YERLƏŞDİRİLƏCƏK
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 85 milyon manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 30 may 2047-ci ildir.