İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb.
Eləcə də bax: İpoteka və Kredit Zəmanət Fondu ASC-nin istiqrazları üzrə hərrac - KEÇİRİLİB
Bakı Fond Birjasından FED.az-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub. İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, noyabrın 10-da AZ2034008683, AZ2035008682, AZ2036008681 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, noyabrın 10-dan etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 700,73 manat təşkil edir. Növbəti ödəniş dövründə 3 faizlik faiz gəliri 700,73 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2034008683, AZ2035008682, AZ2036008681 SİN-li istiqraz ilə ticarət edərkən istiqrazların baza qiymətinin 700,73 manat olması nəzərə alınmalıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.