“İnvest-AZ İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 584 250 manat və yaxud 25,9% artıraraq 2 254 590 manatdan 2 838 840 manata çatdırmağı planlaşdırır.
Eləcə də bax: "İnvest-AZ" şirkətinin xalis mənfəəti - 10%-Ə YAXIN ARTIB
FED.az xəbər verir ki, kapital artımı üçün maliyyə qurumun dövriyyədə olan 1 230 səhminin nominal dəyəri 1 833 manatdan 2 308 manata çatdırılacaq.
Son nəticədə investisiya şirkətinin səhmdarlarının pay bölgüsü dəyişməyəcək.
Xatırladaq ki, “İnvest-AZ” 2006-cı ildə yaradılıb. Onun səhmlərinin 76%-i Elşən Quliyevə, 24%-i isə Ceyhun Abdullayevə məxsusdur. (Report)