"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2021-ci ili 1 milyon 242 min manat xalis mənfəət ilə başa vurub.
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə "İnvest-AZ"ın xalis mənfəəti 107 min manat və ya 9,4% artıb.
Şirkət 2020-ci ili 1 milyon 135 min manat xalis mənfəət ilə bağlamışdı.