“İnvest-AZ İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalının 584 250 manat və yaxud 25,9% artıraraq 2 254 590 manatdan 2 838 840 manata çatdırılması prosesini yekunlaşdırıb.
Eləcə də bax: “İnvest-AZ İnvestisiya Şirkəti” nizamnamə kapitalını - 26% ARTIRIR
FED.az bu barədə investisiya şirkətinə istinadən xəbər verir.
Məlumata görə, kapital artımı üçün maliyyə qurumun dövriyyədə olan 1 230 səhminin nominal dəyəri 1 833 manatdan 2 308 manata çatdırılıb.
Son nəticədə investisiya şirkətinin səhmdarlarının pay bölgüsü dəyişməyib. (Renkinq)