İlon Maskın “Twitter”dəki postu Dogecoin kriptovalyutasının kəskin ucuzlaşması ilə nəticələnib.
Eləcə də bax: “Tesla” “bitcoin” kriptovalyutasına - $1.5 Mlrd. Sərmayə Qoydu
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Əgər Dogecoin sahibləri kriptovalyutanın böyük hissəsini satmaq qərarına gəlsələr, mən onlara tam dəstək olacağam. Düşünürəm ki, Dogecoin kriptovalyutasının böyük konsentrasiyası yeganə real problemdir”, – deyə Mask sosial şəbəkədə yazıb.
Növbəti 24 saat ərzində Dogecoin kriptovalyutasının qiyməti 13% azalıb. Xatırladaq ki, daha əvvəl “Tesla”nın Bitcoin kriptovalyutasına 1.5 milyard dollar sərmayə qoyması və onu ödəmə vasitəsi kimi qəbul etməsi xəbəri qiymətlərin artmasına səbəb olmuşdur.