Koronavirusun yayılması ilə dəyərini artıran şirkətlərdən biri “Zoom” oldu.
Eləcə də bax: Azərbaycanın "amazon"u hesab ediləcək vahid elektron - TİCARƏT PLATFORMASI YARADILDI
FED.az xəbər verir ki, şirkətin səhm dəyəri ilin əvvəlindən indiyədək 80% artaraq 34 milyard dollara çatıb.
Kaliforniyada yerləşən “Zoom” şirkətinə sərmayə qoyanlar da bu müddətdə sərvətlərini xeyli artırdı.
“Zoom”-dan qazananlardan biri də 25,7 milyard dollar sərvəti ilə Honkonqun ən varlısı Li Ka-shing olub.
Əsasən, əmlakdan qazanan 91 yaşlı Hong Kong milyarderinin keçən il aldığı 8,6%-lik “Zoom” payının dəyəri 2020-ci ilin aprel ayında 850 milyon dollar olduğu halda, indi bu dəyər təxminən 3 milyard dollara yüksəlib.
Honkonqdakı uzun müddət davam edən Çin əleyhinə etirazlar və sonrakı epidemiya səbəbiylə sərvətini sürətlə itirən Li Ka-shing, vençur kapital şirkətləri tərəfindən edilən bu riskli sərmayədən böyük bir qazanc əldə etdi.
Həmçinin “Zoom”un qurucusu Eric ilin əvvəlindən bəri sərvətini 2,9 milyard dollar artıraraq cəmi sərvətini 6,5 milyard dollara çatdırıb.
Qeyd edək ki, dəyərinin kəskin artmağına baxmayaraq, təhlükəsizliklə bağlı iddialardan sonra şirkətin dəyəri müəyyən qədər azalıb.