Koranavirus pandemiyası ilə bağlı ticarəti asanlaşdıran Azərbaycanın "amazon"u hesab ediləcək vahid elektron ticarət (E-commerce) platforması yaradılıb.
Eləcə də bax: Azərbaycanda nə supermarketlər, nə də restoranlar - ONLİNE SATIŞA – HAZIR DEYİLMİŞ
FED.az xəbər verir ki, məqsəd yerli sahibkarlar, xüsusilə də kiçik və orta biznes subyektləri üçün elektron satış imkanı yaratmaq, bunun üçün lazım olan xərcləri minumuma endirməkdir.
Yerli proqram təminatçısı www.logix.az tərəfindən həyata keçirilən layihə çərçivəsində fəaliyyət növündən asılı olmayaraq yerli şirkətlər üçün mövcud qiymətlərdən aşağı qiymətə elektron satışı həyata keçirməyə imkan verən veb platforma yaradılır.
Layihə çərçivəsində yaradılan hər bir onlayn satış səhifəsi logistika, təchizat və onlayn ödəmə imkanı olan mərkəzləşdirilmiş sistemə inteqrasiya olunur ki, bu da sahibkarların bu sahədə korporativ səhifələrinin hazırlanmasına və o cümlədən müxtəlif xidmətlərə çəkilən xərcləri azaldır.
Koranavirus pandemiyası ilə bağlı mövcud vəziyyət də göstərir ki, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin onlayn satış imkanlarının olması və ya bir neçə şirkətə bir platforma üzərindən müvafiq xidməti göstərən platformaların yaradılması zəruri tələbə çevrilmişdir.
Layihə çərçivəsində yaradılan veb həllər xüsusi karantin rejimi ilə bağlı ev şəraitində qalan vətəndaşların ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsinə, eləcə də fəaliyyəti dayandırılmış qeyri-ərzaq mağazalarının sahiblərinə satış imkanı verəcək.
Artıq layihəyə tekstil, mebel istehsalı, elektron məhsulların satışı, market və s. sahələrdə fəaliyyət göstərən 30-a yaxın yerli şirkət qoşulub. Hazırda bu şirkətlərin onlayn satış imkanı olan veb səhifələr inteqrasiya mərhələsindədir. Hal hazırda isə aktiv olan xidmətlərdən biri də Baku mart supply - online market təchizat tətbiqidir.
Layihə iştirakçısı olan şirkətlərinin sayı lazımi sayda olduqdan sonra isə bütün veb səhifələr “E-commerce” platformasında birləşdirililəcək və Azərbaycan məhsullarının bu platforma üzərindən beynəlxalq onlayn satışı həyata keçiriləcək. Logix “E-commerce” platforması Ebay, Amazon, Wallmart, Paypal, UPS, Fedex, DHL, USPS, Stripe, EVO kimi beynəlxalq sistemlərə inteqrasiya olunub. Bu gələcəkdə istənilən yerli şirkətin gələcəkdə beynəlxalq bazarda satış etməsinə şərait yaradır.
Yerli bazarda isə sistem Paşa bank, Milli kart, Pulpal, yigim.az, Milli ön kimi sistemlərlə inteqrasiya olunub. Növbəti mərhələdə bir neçə logisitika şirkətləri ilə inteqrasi üçün hazırda danışıqlar davam edir.
Nəzərə alsaq ki, şirkətlər ənənəvi yolla online satiş portalları hazırlamaq üçün 3000-10000 arası və daha çox budcə xərcləməli olurdular.
Hazrda isə Logix “E-commerce”lə cəmi 50-100 azn kimi çox kiçik aylıq ödənişlərlə bu online mağazaları qurmaq olar.
Nümünə kimi pizzatriangle.co.uk kimi sistemləri göstərmək olar. Hazırda Bakı tekstil fabriki, Foriella mebel fabriki (www.perla.shopping), Layla mebel, İmperial, Nexen teker kimi şirkətlər üçün online mağazalar hazırlanır.
Qeyd edək ki, Logix indiyə qədər yerli bazarda 1000-ə yaxın, beynəlxalq bazarda isə 20 dən çox müəssisədə idarəetmə, satiş, istehsal və s. kimi ERP sistemlərin tətbiqinə nail olmuşdur.
Sistemə qoşulmaq üçün 050 260 0575, 012 409 36 91 (karantin tədbirləri ilə bağlı mobil əlaqə tövsiyyə olunur) telefon nömrələri ilə əlaqə saxlamağınız, və ya [email protected] ünvanına mail yazmağınız xahiş olunur.
Yeniavaz