Noyabrın 30-da Bakı Fond Birjasında “Unibank” ASC-nin tədavül müddəti 6 il, nominal dəyəri 1,000 ABŞ dolları olan AZ2014002029 dövlət qeydiyyat nömrəli, 12 milyon dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Unibank"ın istiqrazları listinqə - DAXİL EDİLDİ
FED.az xəbər verir ki, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 1,000 ABŞ dolları (8.0%) və 1,019 ABŞ dolları (7.6027%) olan 26 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti 1,000 ABŞ dolları (8%) və orta ölçülmüş qiyməti 1,000.0242 (7.9995%) ABŞ dolları müəyyən edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 8 %, faiz ödəniş dövrü isə hər 90 təqvim günündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 12 milyon dollar olub və bütün həcmi yerləşdirilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.