Dünyada artan geosiyasi təlatümlər, xüsusilə də İran-İsrail gərginliyi, investorları yenidən ənənəvi və etibarlı investisiya alətlərinə – qızıla yönəltdi.
Qlobal bazarlarda müharibə gərginliyi - BİRJALARDA VƏZİYYƏT
FED.az xəbər verir ki, bu təsirlə son günlərdə qiyməti kəskin şəkildə artan qızıl, 3416.03 dollar səviyyəsinə gəlib. Bir müddət əvvəl 3500 dollara yaxınlaşan qiymət, bu psixoloji həddi keçməyə çox da uzaq görünmür.
Qeyd edək ki, qızılın bir unsiyasının qiyməti 17.01 dollar azalaraq 0.50% dəyər itirsə də, son 1 ayda 6.31%, son 6 ayda 29.73% və 1 il ərzində tam 47.93% artım nümayiş etdirib. Bu isə qızılın hələ də bazar iştirakçıları üçün "təhlükəsizlik qalası" olma xüsusiyyətini qoruduğunu göstərir.
İnvestorlar gözləyir ki, siyasi sabitlik tam bərpa olunmadığı təqdirdə, qızıl 3500 dollar səviyyəsini qısa müddətdə qıraraq daha yüksək zirvələrə doğru hərəkət edə bilər. Bu ssenaridə qızıl təkcə zərgərlik üçün deyil, həm də böyük miqyaslı investisiya qərarlarının mərkəzinə çevrilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.