2026-cı ilin yanvar-fevral ayları üzrə “İnvest-Az İnvestisiya Şirkəti” QSC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 681,5 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 278,4 milyon manat (+69,1%) artıb.
Bu dövrdə QSC-nin repo əməliyyatları üzrə dövriyyəsi 576,4 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 100 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 5 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 130 min manat olub. Şirkət bu dövrdə dövlət istiqrazları ilə əməliyyat aparmayıb.
Hesabat dövründə şirkətin dövriyyə artımının əsas drayveri korporativ istiqrazlar bazarı olub. Bu seqmentdə dövriyyə 98 milyon manat və ya (49,5 dəfə) artıb. Həmçinin, repo əməliyyatları 188,1 milyon manat (+48,4%) yüksəlib və şirkət ARMB qiymətli kağızları bazarında 5 milyon manatlıq yeni əməliyyatlar həyata keçirib.
Hesabat dövrünün nəticələrinə görə, «İnvest-Az»ın əməliyyatlarının sayı 21 ədəd (7,7%) artaraq 293-ə bərabər olub.












