2026-cı ilin yanvar-fevral ayları üzrə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 3 milyard 548 milyon manat təşkil edib. .
Bu dövrdə QSC-nin repo əməliyyatları üzrə dövriyyəsi 3 milyard 50 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 401,2 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 73,4 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 22,8 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 75 min manat olub.
Hesabat dövründə şirkət bəzi seqmentlərdə aktivliyini kəskin artırıb. Belə ki, dövlət istiqrazları üzrə dövriyyə 317,2 milyon manat və ya 377,7% (4,8 dəfə), ARMB qiymətli kağızları üzrə dövriyyə isə 13,9 milyon manat (155,6%) yüksəlib.
Hesabat dövrünün nəticələrinə görə, «PAŞA Kapital»ın əməliyyatlarının sayı, dövriyyənin azalmasına baxmayaraq, 117 ədəd (12,3%) artaraq 1,067-yə bərabər olub.












