Bu ilin yanvar-mart aylarında “İnvest-Az” QSC investisiya şirkətinin birja dövriyyəsi 1 milyard 253 milyon 247 min manat olub.
“İnvest-Az"ın birja dövriyyəsi - 69% BÖYÜYÜB
FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin dövriyyəsi ötən ilin birinci rübü ilə müqayisədə 690 milyon 32 min manat, yaxud da 2,22 dəfə artıb.
Ötən ilin yanvar-mart aylarında şirkətin birja dövriyyəsi 563 milyon 214 min manat olmuşdu.
Məlumat üçün bildirək ki, hesabat dövründə ““İnvest-Az” QSC də daxil olmaqla, dörd investisiya şirkətinin birja dövriyyəsində artım müşahidə olunub.














