Honkonq birjası Çinin elektron ticarət nəhəngi “Alibaba”nın listinqini ikinci dərəcəlidən birinci dərəcəliyə çevirmək təklifini təsdiqləyib. Konvertasiyanın bu ilin sonuna qədər baş tutacağı gözlənilir.
Eləcə də bax: “Alibaba” şirkəti “Tesla”nın rəqibi ilə - BİRLƏŞİR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Bloomberg” agentliyinin daha əvvəl yazdığı kimi, ilkin listinq “Alibaba”ya Şanxay və Şenjen birjaları ilə “Stock Connect” investisiya proqramına daxil olmağa imkan verəcək ki, bu da materik Çindəki yüz milyonlarla investorun şirkətin qiymətli kağızlarına birbaşa çıxışını təmin edəcək.
İlkin listinq həmçinin Vaşinqton və Pekin ABŞ tənzimləyicilərinə Çin şirkətlərinin maliyyə hesabatlarına giriş icazəsi vermək barədə razılığa gələ bilməsələr, şirkətin kağızını Nyu-York Fond Birjasından delistləşdirməyə məcbur etməkdən qoruyacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.