Çinin e-ticarət nəhəngi “Alibaba” yerli elektrik avtomobil startapı “Xpeng” ilə birləşir. Şirkətlər proqramın təlimini yeddi gündən bir saata qədər sürətləndirəcək hesablama mərkəzi tikəcəklər. Startap qabaqcıl XPILOT sürücüyə yardım sistemi təklif edir.
Eləcə də bax: Çin “Tesla” avtomobillərinə - QADAĞA QOYUB
FED.az Banker.az istinadən xəbər verir ki, sistem avtomobillərə zolaqları dəyişməyə, sürətlənməyə və ya ləngiməyə, avtomobilləri ötməyə, magistral yollara girib-çıxmağa imkan verir. 2021-ci ilin noyabr ayında elektrikli avtomobil istehsalçısı “Xpeng” Avropa bazarına çıxıb. Şirkətin G3 yolsuzluq avtomobili və P7 sedanı Norveçdə satışa çıxıb.