Gürcüstan Milli Bankı 2020-ci ildən bəri ilk dəfə olaraq yenidən maliyyələşdirmə dərəcəsini aşağı salıb.
Pakistan rupisi dollar qarşısında - REKORD HƏDDƏ UCUZLAŞDI
FED.az xəbər verir ki, bankın qərarı ilə uçot dərəcəsi 10,5%-ə endirilib.
Gürcüstan Milli Bankı çərşənbə günü keçirilən iclasda yenidən maliyyələşdirmə dərəcəsini 0,5 faiz bəndi (pp) azaldaraq illik 10,5%-ə endirmək qərarına gəlib.
"2023-cü il mayın 10-da Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi pul siyasəti dərəcəsini (yenidən maliyyələşdirmə dərəcəsini) 0,5 faiz bəndi azaltmaq barədə qərar qəbul edib. Pul siyasəti dərəcəsi 10,5% təşkil edir", - deyə bankın bu qərarla bağlı açıqlamasında bildirilir.
Tənzimləyicinin sözlərinə görə, faizin aşağı salınmasının səbəbi ölkədə inflyasiyanın aşağı düşməsi olub.
Apreldə inflyasiya illik ifadədə 2,7% təşkil edib. "Müvafiq olaraq, inflyasiya meyllərini və proqnozları nəzərə alaraq, Gürcüstan Milli Bankı sərtləşdirilmiş pul siyasətindən mərhələli şəkildə çıxmağa başlayıb", - Milli Bank yekunlaşdırıb.
Gürcüstan Milli Bankı uçot dərəcəsini sonuncu dəfə 2020-ci ilin avqustunda aşağı salmışdı. Həmin vaxt uçot dərəcəsi 0,25 faiz bəndi aşağı salınaraq - 8,25 faizdən 8 faizə endirilmişdi.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.
Bundan sonra baş verən proseslər, xüsusilə inflyasiyanın artımı səbəbindən uçot dərəcəsi yenidən artmağa başlayıb və 11%-dək yüksəlib.
Bu gün isə yenidən azalma barədə qərar qəbul edilib.