Mayın 10-da Pakistanın milli valyutası ABŞ dollarına nisbətdə 1,3% ucuzlaşaraq, 1 dollara 285,5 rupi təşkil edib ki, bu da ən aşağı göstəricidir.
FED.az xəbər verir ki, ucuzlaşma Pakistanın keçmiş baş naziri İmran Xanın çirkli pulların yuyulmasında ittiham olunaraq və ölkədə davam edən inflyasiya nəticəsində çərşənbə axşamı həbsindən sonra Pakistanda daxili siyasi vəziyyətin mürəkkəbləşməsi fonunda baş verib.
Pakistanda inflyasiya səviyyəsi aprel ayında bir ay əvvəl 35,4%-dən illik 36,4%-ə çatıb ki, bu da 1965-ci ilin iyulundan bəri ən yüksək səviyyə və Cənubi Asiyada rekord göstəricidir.