Gümüşün qiyməti son 13 ildə ən yüksək həddə yüksəlib.
«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfədən çox artıb
FED.az xəbər verir ki, birjalarda gümüşün qiyməti 2012-ci ildən bəri ən yüksək həddə qalxıb – 1 unsiya üçün 36 dollar.
Ekspertlər bildirir ki, əlavə qeyri-adi iqtisadi hadisələr baş verməsə qarşıdakı dövrdə gümüş 37-38 dollaradək yüksələcək.
İyunun 5-də Comex birjasında gümüşün qiyməti 3,92% artaraq 36 dolları keçib. Metal bundan baha qiymətə axırıncı dəfə 13 il əvvəl 2012-ci ilin fevralında satılmışdı.
Gümüşün budəfəki bahalaşması onun son aylar ərzində qiymət dəyişikliyinə baxmağa vadar edir və məlum olur ki, ümumiyyətlə ilin əvvəlindən bəri gümüş 22,5% bahalaşıb.
Bununla yanaşı, gümüş bahalaşma sürətinə görə qızıldan geri qalır – belə ki, qızıl, ilin əvvəlindən 25% bahalaşıb və dünən 3400 dollar idi.
Ekspertlər gümüşün bahalaşmasının dünyadakı iqtisadi proseslərlə, daha dəqiqi sənayeyinin perspektivləri ilə bağlı olduğunu qeyd edirlər.
Məsələ bundadır ki, gümüş, qızılla birlikdə nəcib metallardan sayılsa da, qızıldan fərqli olaraq həm də sənayedə aktiv istifadə olunur. Yəni gümüşü təkcə saxlamaq və zinət əşyaları kmi deyil, həm də sənayedə istifadə olunan metal kimi alırlar. Gümüşün istifadəsinin 70%-i sənayenin payına düşür. Xüsusilə gümüşü günəş panellərinin hazırlanmasında istifadə edirlər.
Buna görə də, ənənəvi iqtisadi hadisələr, məsələn ABŞ-la onun əsas ticarət tərəfdaşları arasında tariflərlə bağlı danışıqların uburlu olması gümüşü bahalaşdırır.
Analitiklər bildirir ki, qarşıdakı orta müddətli dövrdə qızıl bir az da bahalaşaraq 37-38 dollara yüksələcək.
Gümüşün budəfəki bahalaşması nəticəsində qızıl/gümüş qiymətləri əmsalı (gold/silver ratio, GSR) 100-dən aşağı düşüb. «StoneX» şirkətinin analitiki Rona O'Konnell bildirir ki, qarşıdakı dövrdə bu göstəricinin 100-ə qayıtması üçün bazarda dəyişikliklər olacaq – söhbət ya qızılın daha da bahalaşmasından, ya da gümüşün bir qədər ucuzlaşmasından gedir. Qeyd edək ki, GSR əmsalı – bir unsiya qızılın pulu ilə neçə unsiya gümüş almaq mümkün olduğunu göstərir. Bazarda bu əmsaldan gələcək trendləri müəyfyən etmək üçün istifadə edirlər.
«Saxo Bank»ın əmtəə bazarları üzrə strategiyasının rəhbəri Ole Hansen isə bildirir ki, məhdud təklif olan maddi aktivlər, məsələn, qızıl, gümüş, mis və platin, hər bir investorun portfelində olmalıdır ki, investoru istənilən geosiyasi hadisədən sığotalaya bilsin.
«Silver Institute»un hesablamaarına görə, 2024-cü ildə gümüşün təklifi bazarın real tələbatından 15% az idi. Eyni vəziyyətin, yəni gümüş defisitinin 2025-ci ildə də qalması gözlənilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.