Son 1 ildə gümüş faiz nisbətində qızıldan daha çox bahalaşıb... Hazırda gümüşün 1 qramı 13-15 manata təklif edilir...
Azərbaycanda da qızıl bahalaşdı - ALIŞ QİYMƏTİ 200 MANATA QALXDI - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satıcılar deyirlər ki, ötən il bu rəqəm 1 qram üçün təxminən 4 -5 manat təşkil edirdi.
Gümüşün alış qiyməti də xeyli artıb.
Ekspertlər isə hesab edirlər ki, geosiyasi faktorlar və iqtisadi mühitdən əlavə olaraq, qızılın bahalaşması da gümüşün qiymətinə təsir edir.
İqtisadçı ekspertin fikrincə, qiymət artımı bundan sonra da davam edəcək. Səbəb isə gümüş və qızılın qiymətləri arasında əlaqə, asılılığın olmasıdır.
Onun sözlərinə görə, bu mənada gümüşə investisiyanın daha artacağı proqnazlaşdılır ki, bu da qiymətin daha da artmasına gətirib çıxaracaq.











