7 avqust 2020-ci il saat 10.30-da “Göyəzən” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: “Səba” “Xalq Bank”dan aldığı kreditin - MÜDDƏTİNİ UZATMAQ İSTƏYİR
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakılar daxildir.
1. “Göyəzən” ASC-nin hazırkı icra orqanının (idarə heyəti sədrinin) cəmiyyətin fəaliyyətinə aid ümumi yığıncağın qarşısında hesabatının verilməsi(dinlənməsi) .
2. “Göyəzən” ASC-nin hazırkı icra orqanının (idarə heyəti sədrinin) istefaya göndərilməsi.
3. “Göyəzən” ASC-nin hazırkı icra orqanının (idarə heyəti sədrinin)seçilməsi.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətə müraciət edə bilərlər.
Əlaqə telefonu – 050- 556- 24 -16.
Ünvan- Bakı, Nəsimi rayonu, Nizami küçəsi 116(yeni 196).