“Səba” ASC səhmdarlarının nəzərinə! 14 avqust 2020-ci il saat 15.00-da “Səba” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: Belarusun ən böyük broyler şirkəti - AZƏRBAYCANA GƏLDİ
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. Cəmiyyətin 2019-cu il üzrə maliyyə hesabatının təsdiqlənməsi.
2. Cəmiyyətlə ASC “Xalq” Bank arasında bağlanmış 15 avqust 2017-ci il tarixli 100400967532917 saylı kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 24 ay, yəni 2022-ci il avqustun 15-dək uzadılması və kreditin ödəniş şərtlərinin dəyişdirilməsi ilə bağlı restrukturizasiya olunması barədə qərarın verilməsi.
3. Kreditin restrukturizasiyasından irəli gələn dəyişikliklərin kreditin təminatı qismində çıxış edən 15 avqust 2017-ci il tarixli 100400967532917/İM saylı ipoteka müqaviləsi və torpaq sahəsi üzərində istifadə hüququnun girovu haqqında 26 yanvar 2018-ci il tarixli 100400967532917/GM-1 nömrəli müqavilədə əks etdirilməsi barədə qərarın verilməsi.
4. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Əlaqə telefonu- (012) 448-16-01.
Ünvan- Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “Səba” ASC-nin inzibati binası.