Goldman Sachs, qızılın 3,000 dollar səviyyəsinə çatacağı proqnozunu 2026-cı ilin ortalarına təxirə salıb.
Dünya bazarlarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb
FED.az xəbər verir ki, bankın analitikləri, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini daha az azaldacağı səbəbindən, 2025-ci ilin sonunda qızılın qiymətinin 2,910 dollar olacağını bildirir. Dekabr ayında ETF axınlarının zəifləməsi və seçkilərdən sonra qeyri-müəyyənliyin azalması qiymətlərin enməsinə səbəb olub.
2024-cü ildə qızıl 27% artaraq rekord səviyyəyə çatmışdı. Lakin noyabrda ABŞ seçkilərindən sonra dolların güclənməsi bu artımı dayandırdı. Həmçinin, Federal Ehtiyat Sistemi inflyasiya riskləri səbəbindən monetar siyasətdə ehtiyatlı yanaşma göstərdiyini vurğulayıb, bu da qızıl bazarına təzyiq yaradıb.
Goldman faiz dərəcələrinin bu il 75 baza bəndi azalacağını gözləyir. Bank mərkəzi bankların qızıl alımlarının uzunmüddətli dövrdə qiymətlərə təsir etməyə davam edəcəyini qeyd edir. Proqnoza görə, 2026-cı ilin ortalarına qədər aylıq orta qızıl alımları 38 ton təşkil edəcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.