Funt-sterlinq keçən həftə Britaniya hökumətinin vergi endirimi planından geri çəkildiyi barədə xəbərlər ilə yenidən bahalaşmışdı.
Eləcə də bax: İngiltərənin geri addım atması funt sterlinqin məzənnəsini - XİLAS EDİB
FED.az xəbər verir ki, sterlinq/dollar məzənnəsi sentyabrın 26-da 1.0350 ilə tarixinin ən aşağı səviyyəsinə düşmüşdü. Daha sonra 10% civarında artım qeydə alınıb.
Bununla belə, "Standard Chartered Plc" və "Royal Bank of Canada" siyasət səhvlərinə işarə edərək, funt-sterlinqin cari səviyyələrdən ilin sonuna qədər əlavə 10 faiz ucuzlaşacağını proqnozlaşdırırlar.
"Nomura Holdings Inc" və "Morgan Stanley" məzənnənin eyni dövrdə düşəcəyini proqnozlaşdıranlar arasındadır.
Qeyd edək ki, Böyük Britaniyanın yeni hökumətinin vergi endirimi və artan enerji xərclərinə görə kompensasiya ödənilməsi planları funt-sterlinqin ucuzlaşmasına səbəb olub. (Marja)