İngiltərə Maliyyə Naziri Kwasi Kwartengin illik 150 min sterlinqdən çox gəliri olanlardan 45% vergi alınmasının ləğvi ilə əlaqədar geri addım atması funt sterlinqin məzənnəsinin çökməsini əngəlləyib.
Eləcə də bax: Azərbaycanda avro və ingilis funtu - KƏSKİN UCUZLAŞDI
FED.az “Bloomberg“ agentliyinə istinadən xəbər verir ki, nazir bu gün səhər saatlarında “45%-lik verginin ləğvində irəli getməyəcəyik”-deyə açıqlama verib.
Qeyd edək ki, Kwartengin 23 sentyabrda müvafiq açıqlamasından sonra funt sterlinqin məzənnəsi ABŞ dolları ilə müqayisədə 1,0350 səviyyəsinə qədər geriləyib. Bu da, məzənnənin 1970-ci illərdən etibarən ən aşağı səviyyəsi hesab olunur. Hazırda GBP/USD məzənnəsi 1,12 səviyyəsində qərarlaşıb. Məzənnənin tarixi maksimum səviyyəsi isə 2007-ci ilin oktyabrında 2.08 səviyyə olaraq qeydə alınıb. (Apa)