27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında "FİNCA Azerbaijan" QBKT MMC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2002019209 dövlət qeydiyyat nömrəli, 3 milyon həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Eləcə də bax: “FINCA Azerbaijan” 3 milyon manat cəlb edir - BORCVERƏNƏ İLLİK 12,5% ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat olub.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 17 dekabr 2023-cü ildir.
Yerləşdirmə üzrə anderrayter "AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazın illik faiz dərəcəsi 12.5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödəniliəcəkdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.