Azərbaycanın aparıcı faktorinq şirkəti – “Ferrum Kapital” QSC 2020-ci ili 2,668 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “Ferrum Capital” 2,5 milyon manat məbləğində - İstiqrazların Emissiyasını Planlaşdırır
FED.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 5,9 dəfə çoxdur.
Ötən il “Ferrum Kapital”ın faiz gəlirləri 7,163 milyon manat (əvvəlki illə müqayisədə 85,7% çox), faiz xərcləri 2,135 milyon manat (58,15% çox), digər gəlirləri 93 min manat (təxminən 10 dəfə çox), ümumi və inzibati xərcləri 2,07 milyon manat (2,6 dəfə çox), banklara ödədiyi xidmət haqqı 38 min manat (2 dəfə az), məzənnə fərqindən zərəri 28 min manat (1 il bundan əvvəl gəlir olub), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 210 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 526 min manat (4,7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Ferrum Kapital”ın aktivləri 32,851 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,2% azalaraq 20,825 milyon manata düşüb, balans kapitalı isə 14,9% artaraq 12,026 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 2 min manata çatıb.
Xatırladaq ki, “Ferrum Kapital” 2017-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 68%-i Qafar Dəmirçiyə, 23%-i Məhəmməd Həbibzadəyə, 4,5%-i “AQA Şirkətlər Qrupu” QSC-yə, 4,5%-i isə “Vesta İnvestment” QSC-yə məxsusdur. 1-ci və 2-ci səhmdar 3-cü və 4-cü səhmdarların müvafiq olaraq təsisçiləridir. (Renkinq)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür