Azərbaycanda faktorinq bazarında liderlərdən biri olan “Ferrum Capital” MMC 2,5 milyon manat məblğində istiqrazların emissiyasını planlaşdırır.
Eləcə də bax: “Ferrum Kapital”a - 2 Yeni Səhmdar Gəlib
FED.az xəbər verir ki, emissiyaya bir qiymətli kağız ünün nominalı 1 min manat olan 2,5 min təmin olunmamış istiqrazlar daxildir.
Yerləşdirmənin anderrayteri qismində “Unicapital İnvestisiya şirkəti” QSC çıxş edir.
“Ferrum Capital” MMC 2017-ci il sentyabrın 18-də Azərbaycanın vergi orqanlarında qeydiyyatdan keçib.
Cəmiyytin nizamnamə kapitalı 2 min manata bərabərdir, şirkətin səhmdarları 4 fiziki və hüquqi şəxsdir. Əsas səhmdar Qafar Dəmirçidir (68% pay). “Ferrum Capital” “AGA Qrup şirkətləri”nə daxildir.
2020-ci ilin sonuna “Ferrum Capital”ın aktivləri 32,8 milyon manat həcmində qiymətləndirilir. 2017-ci ildən etibarən şirkət faktorinq əməliyyatları çərşivəsində 160,8 milyon manat məbləğində vəsait təqdim edib. (İnterfaks)