«Ferrum Kapital» QSC-nin istiqrazları (AZ2009022289) müddəti başa çatdığı üçün birja siyahısından çıxarılıb - delistinq edilib.
Bu barədə FED.az-a Bakı Fond Birjasından bildirilib. Xatırladaq ki, «Ferrum Kapital»ın istiqrazları 1 il əvvəl -2022-ci ilin 25 yanvarında dövriyyəyə buraxılıb. 5 milyon manatlıq istiqrazlar üzrə illik gəlirlilik 11,5% təşkil edib, faizlər ayda bir dəfə ödənilib. 2023-cü ilin yanvarın 25-də isə istiqrazlar geri alınıb və listinqdən çıxarılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.