6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
“Ferrum Kapital” investorlardan 13%-lə borc alır - MƏBLƏĞ, HƏRRAC TARİXİ
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, ümumi dəyəri 2,5 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Açılış mərasimində emitent tərəfindən “Ferrum Kapital” QSC, birja üzvü tərəfindən “Unicapital İnvestisiya Şirkəti” QSC və BFB-nin nümayəndələri iştirak ediblər.
BFB-nin Biznes İnkişafının direktoru Emil Babayev “Açılış Zəngi” mərasimini açıq elan edərək, “Ferrum Kapital” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.
Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.