ABŞ-ın enerji şirkəti “Exxon Mobil”, dərman şirkəti “Pfizer” və müdafiə sənayesində fəaliyyət göstərən “Raytheon Technologies”in səhmləri avqustun 31-dən “Dow Jones” indeksində satılmayacaq.
Eləcə də bax: "Tesla"nın səhmləri 1 ildə 9,4 dəfə bahalaşıb - BÜTÜN DÖVRLƏRİN REKORD QİYMƏTİ
FED.az-ın məlumatına görə, “Dow Jones” indeksini idarə edən “S&P Dow Jones Indices” şirkətinin verdiyi açıqlamada bulud əsaslı proqram şirkəti “Salesforce.com” biotexnologiya şirkəti “Amgen” və aviasiya məhsulları və xidmətləri daxil sektora sənaye təyinatlı həllər təklif edən “Honeywell İnternational” indeksdə icra olunan şirkətlərin arasına qatılacağı bildirilib.
Eləcə də bax: "Apple" Wall Street tarixinə düşdü - DƏYƏRİ 2 TRİLYON DOLLARI KEÇDİ
Həmçinin, açıqlamada 31 Avqust Bazar ertəsi tarixindən etibarən “Exxon Mobil”, “Pfizer” və “Raytheon Technologies” şirkətlərinin səhmlərinin “Dow Jones” indeksində satılmayacağı qeyd edilib.
İndeksdəki dəyişikliyə “Apple” şirkətinin səhmlərini 1-dən 4-ə bölməsi qərarı səbəb olduğu bildirilib.
Açıqlamada, bu vəziyyətin Qlobal Sənaye Təsnifat Standartı (GICS) informasiya texnologiyaları sektorundakı indeksin çəkisini azaldacağı ifadə edilib.