“Apple” çərşənbə günü 2020-ci ildə səhmlərinin qiymətinin kəskin artmasına görə Wall Street tarixinə düşdü.
Eləcə də bax: "Apple" baş direktoru da - Milyarder Oldu
FED.az xəbər verir ki, şirkətin bazar dəyərini 2 trilyon dolları keçib. Bununla ilk ABŞ şirkəti bu həddi aşmış oldu.
“Apple”ın bazar dəyərinin 1 trilyon səviyyəni keçməsi 38 il çəkmişdi. Lakin şirkətin daha çox iPhone və yeni Apple Watch və AirPods ilə ekosistemini sürətlə genişləndirməsi, rəqəmsal xidmətləri işə salmaq və 1,5 milyard cihazdan daha daimi gəlir əldə etmək növbəti 2-ci trilyonu keçmək üçün cəmi 2 il vaxt aldı.
CEO Tim Kuk tərəfindən idarə edilən və Kaliforniyada yerləşən “Cupertino” şirkəti xüsusilə COVİD-19 səbəbiylə görülən karantin tədbirləri dövründə geniş mobil internet cihazları, tətbiqlər və digər bulud xidmətləri dəstək alıb.
Səhm satınalmaları və dividendlər Warren Buffet kimi yeni investorları cəlb edərkən, növbəti səhm parçalanması da kiçik investorları maraqlandıra bilər.
“Apple”ın keçmiş böyük marketinq meneceri Maykl Gartenberg "Bazar mərhələsi (2 trilyon dollar səviyyəsində) bir daha Kukun “Apple” COE-su kimi parlaqlığını göstərir.” deyib və "”Apple”ın uğurlarının səbəbi başqa şirkətlərin sıradan bir çey zənn etdikləri “detallara diqqət yetirmək” mövzusuna sarsılmaz bağlılığıdır."
Qeyd edək ki, dünən New York birjasında “Apple”ın səhmləri 1.4 faiz artaraq 468.65 dollara çatıb. Şirkətin hazırkı bazar dəyəri, aşağı kapitallı şirkətlərin yer aldığı “Russell 2000” indeksindəki bütün şirkətlərin cəminə yaxındır.