Birja

“Ethereum” İlon Maskın açıqlaması fonunda - 12% Bahalaşıb

“Ethereum” İlon Maskın açıqlaması fonunda - 12% Bahalaşıb | FED.az
09:31 22 İyul 2021

“Ethereum”un dəyəri İlon Maskın bu kriptovalyutaya sahib olması açıqlaması fonunda 12% artaraq maksimum səviyyəyə çatıb.

Eləcə də bax: Çin “Bitcoin” mədənlərini - Bağlayır

FED.az Banker.az-a istinadən xəbər verir ki, “Binance” kriptobirjasına əsasən, dünən Bakı vaxtı ilə saat 23:25-də “Ethereum”un qiyməti 9.68% artıb və 1 962 dollar təşkil edib.

Ethereum

Mask çıxışında ətraf mühit üçün potensial risklərə baxmayaraq, kriptovalyutaları dəstəklədiyini bildirib. O, bitkoin mayninqində ətraf mühitə çox da lazım olmayan enerjindən istifadə etməyə çağırıb.

İş adamı həmçinin “Ethereum” və “Dogecoin” kriptovalyutalara sahib olduğunu etiraf edib. Onun sözlərinə görə, hazırda “Tesla” da, “SpaceX” da bitkoinlərə sahibdir.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Banner

Digər xəbərlər