“Ethereum” kriptovalyutasının dəyəri tarixdə ilk dəfə 4.5 min dolları keçib. “CoinGecko” məlumatına əsasən, rəqəmsal valyuta son sutkada 3% bahalaşıb, kapitallaşması isə 529 milyard dollara çatıb. Xatırladaq ki, son rekord 4.4 min dollar olub və 29 oktyabrda qeydə alınıb.
Eləcə də bax: Cəmi 8 min dollar yatırıb 1 ərzində milyonçu oldu - Shiba Inu vasitəsilə
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, noyabrın 2-də ən böyük maliyyə derivativləri bazarı “CME Group” 1/10 “Ethereum” fyuçerslərinin dövriyyəyə buraxıldığını açıqlayıb. Yeni alətin ticarəti dekabrı 6-sı başlayacaq. Bir fyuçers müqaviləsinin dəyəri 01. ETH təşkil edəcək.
Xatırladaq ki, 5 avqustda 732 min ETM “yandırılıb” (tokenlərin bir hissəsinin sayı azaltmaq məqsədilə məhv edilməsi, inflyasiya ilə mübarizə aparmaq və kriptovalyutanın dəyərini artırmaq məqsədilə tətbiq olunur).
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.