Kriptovalyutalara vəsait yatırmaqla qısa müddətdə böyük gəlir əldə etmək imkanı təkcə birkoində deyil, minlərlə digər koinlər də kəskni bahalaşaraq sahiblərinə böyük qazanc gətirə bilər, baxmayaraq ki, bu əməliyyat həm də risklidir.
FED.az xəbər verir ki, hazırda belə kriptovalyutalardan ən populyarı Shiba Inu-dur.
«Morning Brew» nəşrinin məlumatına görə, ötən ilin avqustunda istifadəçi cəmi 8 min dollar yatıraraq 70 200 003 182 869 (70 trilyon 200 milyard 3 milyon 182 min) Shiba Inu alıb. Həmin vaxt Shiba Inu-nun qiyməti bir sentin milyonda biri qədər olduğuna görə, belə böyük həcmdə koin almaq mümkün olmuşdu.
Daha bir sahə «ƏDV geri al» layihəsinə qoşulur – MÜHÜM YENİLİK - 2022-Cİ İLDƏN BAŞLAYIR
Amma ötən vaxt ərzində, xüsusilə də son bir neçə həftədə Shiba Inu kəskin şəkildə – milyon dəfəyə yaxın bahalaşaraq öz sahibinə böyük gəlir gətirib. Nəticədə vaxtilə yatırılan 8 min dollar indi 5,7 milyard dollara çevrilib. Amma bir məsələ var ki, həmni şəxs pullarını indi çıxarmaq istəsə bazarda qiymətlərin kəskin ucuzlaşmasına səbəb ola bilər və özü də böyük vəsait itirər.
Hazırda Shiba Inu bazar kapitallaşmasına (bütün koinlərin ümumi qiymətinə) görə, dünyada 10-cu yeri tutur (38,5 milyard dollar) və son vaxtlara qədər məşhur olan Dogecoini (35 milyard dollar) qabaqlayır.
Son bir həftədə Shiba Inu-nun qiyməti 70% artıb, hazırda 1 ədəd Shiba Inu-nin qiyməti 0,00007 dollardır. Müqayisə üçün bildirək ki, 1 ay əvvəl bu kriptovalyuta 0,000008 dollar idi. Yəni son bir ayda qiymət 9 dəfə artıb.