İyul ayında “Ethereum” mayninqi 1.03 milyard dollar gəlir gətirib və üç ay dalbadal bitkoindən daha gəlirli olub.
Eləcə də bax: "Ethereum" şəbəkəsindən 3,6 trilyon dollarlıq - Tranzaksiya Keçib
FED.az Banker.az-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə olaraq altkoin mayninqi uzun müddət ərzində əsas kriptovalyutadan daha sərfəli çıxıb. Qeyd edək ki, iyul ayında bitkoin maynerləri 971.8 milyon dollar qazanıb.
İyun ayında ən böyük altkoinin kapitallaşması 1.1 milyard dollar (bitkoin – 839 milyon dollar) gəlir gətirib, may ayında bu göstərici 2.35 milyard dollar olub (bitkoin mayninqindən 900 milyon dollar çox).
Verilən məlumata görə, iyunda bitkoin və “Ethereum” maynerlərinin gəliri müvafiq olaraq 42% və 53% azalıb. Bu, Çində mayninqin qadağan edilməsi fonunda baş verib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür