Çinin Anhui vilayəti enerji problemləri səbəbindən qarşıdakı üç ildə “Bitcoin” mədən layihələrini bağlamağı planlaşdırır.
Eləcə də bax: "Bitcoin" mayninq edən kompüterlər texnika ilə məhv edildi - VİDEO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vilayətdəki bütün virtual pul mədənləri bağlanacaq.
Bundan başqa, kriptovalyuta ilə bağlı yüksək enerji tələb edən layihələrin də qarşısı alınacaq.
Qeyd edək ki, Çinin bununla bağlı qərarları iki həftədir ardıcıl olaraq “Bitcoin”in dəyər itirməsinə səbəb olur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.