21 avqust 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Merano Baku” ASC-nin ümumi dəyəri 100 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
135 milyonluq istiqrazların yerləşdirilməsi üzrə hərraclar keçiriləcək - ŞƏRTLƏR
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 4 sentyabr 2023-cü il tarixində “Merano Baku” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verdiyimiz kimi, qida məhsulların idxalını və satışını həyata keçirən “Merano-Baku” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 100 min manat artırılır. Şirkət hər birinin nominal dəyəri 10 000 (on min) manat olan 10 (on ədəd) ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edib. Əgər “Merano-Baku” ASC-nin səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi uğurla yekunlaşarsa şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 100 min manatdan 200 min manata yüksələcək.
“Merano-Baku” ASC-nin səhmlərinin 100%-i Əsgərov Namiq Xanış oğluna məxsusdur.
“Merano-Baku” ASC-nin xalis mənfəəti 2020-ci ildə 399 min 735 manat, 2021-ci ildə 1 milyon 822 min 307 manat, 2022-ci ildə isə 3 milyon 29 min 190 manat təşkil edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.