ABŞ-ın elektromobil istehsalçısı olan startapı «Canoo»nun səhmləri 110% və ya təqribən 2 dfə artaraq yüksələrək 5 dollara qalxıb. Sonradan qiymətlər bir qədər sabitləşib və hazırda 3,63 dollardır ki, bu da 50%-lik artım deməkdir.
Eləcə də bax: «American Airlines»in səhmləri - 11% BAHALAŞIB
FED.az xəbər verir ki, NASDAQ birjasında «Canoo»nun səhmlərinin bahalaşmasının səbəbi onun ABŞ-ın riteyl nəhəngi olan «Walmart»la böyük müqavilə bağlamasıdır. Bu müqaviləyə əsasən «Canoo» ticarət şəbəkəsinə 4500 ədəd elektromobil satacaq. «Walmart» bu elektronmobilləri məhsulların çatdırılması üçün istifadə edəcək.
«Canoo» bu avtomobillərin istehsalına ilin sonunda başlamaq niyyətindədir. Avtomobilləri «Walmart»ın əməkdaşları idarə edəcək və onlayn sifarişləri çatdıracaqlar.
Canoo – ABŞ-ın elektromobil istehsalı edən startapıdır, 2017-ci ildə yaradılan şirkət Arkanzas ştatında Bentonville şəhərində yerləşir.
Onun yaradıcıları Deutsche Bank-ın maliyyə direktoru işləmiş Stefan Krauz və BMW-də icraçı direktor işləmiş Ulrix Kransdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.