Amerika aviaşirkəti «American Airlines»in səhmləri 11%-dən çox bahalaşıb.
Eləcə də bax: Rusiyanın alüminium istehsalçısının səhmləri - KƏSKİN BAHALAŞIB
FED.az xəbər verir ki, NASDAQ fond birjasında şirkətin səhmləri 11,24% artaraq $14,94 dollara yüksəlib.
Bahalaşma şirkətin maliyyə vəziyyəti ilə bağlı yaxşı gözləntilərlə əlaqədardır. Belə ki, 2022-ci ilin 2-ci rübündə «American Airlines»in gəlirlərinin 2019-cu illə müqayisədə 12% artaraq 13,39 milyard dollara çatacağı gözlənilir.
Nəticədə şirkətin vergidən əvvəlki gəliri 585 milyon dollar ola bilər. Şirkətin maliyyə göstəriciləri iyulun 21-də açıqlanacaq.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.